Zelenski gələn həftə Baydenlə görüşəcək

Ukrayna Prezidenti Vladimir Zelenski gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə səfəri zamanı amerikalı həmkarı Co Baydenlə görüşmək niyyətindədir.

Müstəqil.Az xəbər verir ki, bu barədə NBC televiziyası Ukrayna hakimiyyətinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Ukraynalı məmur görüşün Baş Assambleya çərçivəsində baş tutacağını, yaxud Baydenin Vaşinqtonda Zelenskini qəbul edəcəyi barədə məlumatlı deyil.

Müstəqil.Az

Share: