Zaxarova 1941-də bir almanın SSRİ-yə gəlməsinə necə baxardı?-Kamran Rüstəmov…

Ermənistan silahlı qüvvələrinin rəhbərliyi və birbaşa iştirakı ilə qanunsuz silahlı qruplar Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər. Bəs belə olan halda Ermənistanla müharibə şəraitində olan Azərbaycan tərəfi erməni millətinə sahib şəxslərin ölkəyə daxil olmasına necə reaksiya verməlidir?

Axar.az xəbər verir ki, bu sözləri Moskvada yaşayan azərbaycanlı alim, texniki elmlər doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi Kamran Rüstəmov Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatını şərh edərkən deyib.

“Xanım Zaxarova, təsəvvür edin Böyük Vətən müharibəsi illərində sovet torpaqları işğal altında olanda hansısa bir üçüncü ölkədən alman millətinə sahib şəxs ölkəyə gəlmək istəyir. Onunla nə edərdilər? Ən yaxşı halda Sibirə göndərərdilər”, – ekspert bildirib.

Ekspertin sözlərinə görə, bu vəziyyətdə Bakı sadəcə həmin şəxsi nəzakətlə gəldiyi yerə qaytarıb.

“Hər şey normal və düzgündür. Yaxşısı budur, onlar abidə qoyduqları faşist qullarının mədh edilməsindən narahat olsunlar. İkinci Ukrayna təkrarlananda artıq gec olacaq”, – ekspert vurğulayıb.

Qeyd edək ki, 29 dekabr tarixində Azərbaycana daxil olmaq istəyən Rusiya vətəndaşı Kristina Gevorkyan ölkəmizə buraxılmayıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məsələni Rusiya vətəndaşlarının hüquqlarının kobud şəkildə pozulması adlandırıb.

Müstəqil.Az

Share: