Zaporojye AES tamamilə dayandırıla bilər: Vəziyyət kritikdir

Zaporojye AES-in tamamilə dayandırılması nəzərdən keçirilir.

Atışmalar nəticəsində fövqəladə vəziyyət yaranıb və xarici enerji təchizatı zədələnib.

Bunu Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi bildirib.

“Bu gün mən BAEA əməkdaşlarından dünən axşam Zaporojye ato elektrik stansiyasında yaranmış ciddi vəziyyət barədə məlumat aldım. AES-in operatorları və onların ailələrinin yaşadığı Enerqodar şəhərini qidalandıran enerji infrastrukturu atəş nəticəsində məhv edilib”, – deyə Qrossi qeyd edib.

“Operatorlar artıq xarici enerji təchizatının bərpasına əmin deyil. Bu səbəbdən də çıxış yolu kimi işlək vəziyyətdə olan yeganə reaktoru da dayandırmağı düşünür”, – deyə Qrossi bildirib.

Mənbə: Lenta.ru

Share: