“Müharibədə son dönüş nöqtəsi Krımın azad edilməsi deyil”

“Müharibədə son dönüş nöqtəsi Krımın işğaldan azad edilməsi deyil, Donetsk və ya Luqanskın azad edilməsi olacaq. Bundan sonra döyüş əməliyyatlarının nə vaxt bitəcəyini dəqiq proqnozlaşdırmaq mümkün olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində və cənubda əks-hücum əməliyyatlarını şərh edən Podolyak bildirib ki, artıq dönüş nöqtəsi yoxdur:

“Lazım olan baş verdi. Ukrayna necə döyüşəcəyini, əraziləri, o cümlədən Krımı necə azad edəcəyini göstərir. Bunlar müxtəlif istiqamətlərdə tamamilə düşünülmüş strateji və taktiki tədbirlər olacaq”.

“Biz müharibənin nə vaxt bitəcəyini riyazi olaraq dəqiq proqnozlaşdıra biləcəyik. Bu, hətta Krım məsələsi deyil, Luqansk və Donetsk məsələsidir. Bu, son dərəcə vacibdir, çünki bütün bu ritorika bu iki şəhərin ətrafında Rusiya Federasiyasından olan qəribə subyektlər tərəfindən qurulur, onlar Donbasın hansısa növ bombalanmasından danışırlar”, – Prezident Aparatının rəhbərinin müşaviri əlavə edib.


Share: