Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyavaya məxsus dəyəri 1 milyon funt-sterlinqdən baha olan brilliant üzük Böyük Britaniyanın Milli Cinayət Agentliyi tərəfindən müsadirə olunub.
Müstəqil.Az “The Telegraph”a istinadən xəbər verir ki, 8,9 karatlıq “Cartier” (Kartye) üzüyü Cahangir Hacıyev tərəfindən 8 il əvvəl Londonun məşhur “Harrods” univermağından alınıb.
Agentlik əmindir ki, bu üzüyün alınması üçün sərf olunan maliyyə mənbəyi növbəti araşdırmaların aparılmasını tələb edəcək.
![](http://qaynarinfo.az/file/pic/xeber/2019-01/1547533342_1547532220_f16a8ab3-766f-4f9d-bbd5-e45e1e3b87ec.jpg)
Qeyd edək ki, Zamirə Hacıyeva ötən il Londonda saxlanılmışdı. Cahangir Hacıyevin 55 yaşlı xanımı “İzahedilməz Sərvət Sərəncamı” (Unexplained wealth orders, UWO) çərçivəsində həbs olunsa da, noyabrın 8-də zaminə buraxılmışdı.(Qaynarinfo)
Müstəqil.Az