Bakıda bu yataqxana sökülür – Video

Nərimanov rayonunda yerləşən qaçqın və məcburi köçkünlərin yerləşdiyi yataqxananın sökülməsinə başlanılıb.

Xəzər Xəbər-in məlumatına görə, söhbət rayonun Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən və Bakı Biznes və Koorperasiya kollecinə məxsus olan 5 mərtəbəli köhnə tələbə yataqxanasından gedir.

1992-ci ildən başlayaraq yataqxanada ümumilikdə 99 qaçqın və məcburi köçkün ailəsi məskunlaşıb. Həmin ailələrdən 96-sına dövlət tərəfindən Qobu qəsəbəsində yerləşən şəhərcikdən mənzil verilib.

Digər 3 ailəyə gəldikdə isə Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsindən bilidirildi ki, Nazirlər Kabinetinin 65 saylı qərarı – Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasının tələblərinə uyğun olmadığı üçün həmin ailərlər mənzillə təmin olunmayıb.

Bakı Biznes və Koorperasiya kollecindən isə bildirildi ki, həmin yataqxananın qəzalı olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi qərar çıxarıb. Bu səbəbdən oradakı ailələrin köçürülməsinə başlanılıb.

Bu ayın 17-dənsonra digər 3 ailənin də köçürülməsi ilə binanın söküntüsü sürətləndirriləcək.

Share: