“Alqışlar aldatdı səni…”-Elvin Firudinoğlunun şeirləri…

 

Müstəqil.Az gənc şair Elvin Firudinoğlunun yeni şeirlərini təqdim edir:

 

“Xəyalımın şeiri”

Yer tapıb canımda,sən nə əkirsən?!
İliyimə saplaq-saplaq köklənib.
İçimdə yaşayıb,qida çəkirsən
Bitib sümüyümdə,sən möhkəmlənib.

Xışıltı duyulur bax nəfəsimdə,
Budurmu sevdanın yayılan səsi?!
Bir hissə bənd olur,hər həvəsim də
Beləymiş saf eşqin car olan səsi?!

Sinəmin altına əlim də çatmır,
Dərim nübarından,mən rahat olum.
Qoruyur gözlərim,gecə də yatmır
Yuxu da yatmayım,narahat olum?!

Bürüyüb cismimi sən camalınla,
Qoymursan əl açım,ayaq tutum mən.
İstərsən yaşamaq arzularımla,
İzin ver,bir ovuc su da udum mən.

Səslən bir arada,söylən, eşidim
Bilim ki,taleyim paydır göndərib.
Sevinim bəxtimə,gülüm,qəşş edim
Deyim ki,Allahım “tay”dır göndərib.

Bax nələr danışır,nələr yazıram
Biri savabdırsa,biri də günah…
Yolunda hər şeyə dözər,hazıram
Vüsalın zövq olar,ümidə pənah…

 

 

“Alma əlimdən”

Camalın bir an da,önümdən itmir
Xəyalın qatartək,keçir və…bitmir.
Neylədin?gözümə yuxu da getmir
Alma bu canımı,alma əlimdən.


Bu sevda alovtək,yandırır məni
Dərindir,dəryatək,boğazım təni.
Yaradan huritək,yaradıb səni
Alma bu canımı,alma əlimdən.


Gətirmə dilinə,”canım” söyləmə
Qoy keçim yolumdan,məni əyləmə.
Tutub öz yanında,məhbus eyləmə
Alma bu canımı,alma əlimdən…


Demə ki,”qurbanam” sözünü nolar
Qəmginəm,o sözdən gözlərim dolar.
Nizamlı həyatım pərişan olar
Alma bu canımı, alma əlimdən…


Mənə bənzəyirsən,adiliyinlə,
Həm də ki,bir azca sadəliyinlə.
Sən canın şirindən ötəliyinlə
Alma bu canımı,alma əlimdən…


Nədir bu məhəbbət?azalt şəfqəti
Yox! amma çoxalt sən,bu sədaqəti.
Deyəsən qərarı verəcəm qəti,
Alma bu canımı,alma əlimdən.


Arzular edərdim,sən arzum oldun,
Sevgidən ac idim,sən ruzum oldun.
Yuxular görürdüm,sən yozum oldun,
Razıyam,sevgimi sən al əlimdən….

 

“Aldanış”

Rəngi fərqli-fəqrli olan
Sifətimdə seyrə dalan.
O qədərə yalan-yalan
Baxışlar aldatdı məni.

Mənim bəzək sandığım o,
İşığına qonduğum o.
Saxtasını qandığım o
Naxışlar aldatdı məni

Hey axıdıb göz yaşını,
Daşıdım dərdin daşını.
Bumbuz etdi, üst-başımı
Yağışlar aldatdı məni

Günəşini yaz bildiyim,
Soyuğunu “naz”bildiyim.
Hikmətini az bildiyim
Bu qışlar aldatdı məni

Ürək qoyub,şeir yazdım
Söz içində kaman,sazdım.
Elvin özün aldanmazdın
Alqışlar aldatdı səni.

Share: