Zambiyada ölüm hökmü və prezidenti təhqir etməyə görə nəzərdə tutulan cəza ləğv edilib

Zambiya prezidenti Xakainde Xiçilema ölkədə ölüm hökmünü ləğv edən fərman imzalayıb.

Eyni zamanda, Zambiya prezidenti dövlət başçısını təhqir etməyə görə nəzərdə tutulan cəzanı ləğv edib.

Müvafiq sənədləri imzalayan Zambiya prezident qeyd edib ki, ləğv edilmiş hər iki norma ölkə tarixində müstəmləkəçilik dövrünə təsadüf edirdi.

Qeyd olunur ki, bu ilin əvvəlində ölkədə 257 cinayətkarı edam gözləyirdi. Lakin müvafiq fərmandan sonra məhkəmə ölüm hökmünü uzunmüddətli cəzalarla əvəz edəcək.

Mənbə: Zambia 24

Share: