Yük maşını aşdı, Ələt yolu bağlandı – FOTO/VİDEO

Salyan şosesinin Qaradağ rayonu Ələt qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.

Müstəqil.Az-ın məlumatına görə, “KamAZ” markalı, 90 SV 488 dövlət nömrə nişanlı yük avtomobili aşıb.

Qum daşıyan yük maşınının aşması nəticəsində Salyan şosesinin Ələt qəsəbəsindən keçən hissəsində yol bağlanıb.

Avtomobillərin hərəkəti köməkçi yola yönləndirilib.

Hadisə yerinə polis və FHN xilasediciləri cəlb edilib.

İlkin məlumata görə, yük maşınının sürücüsü ağır xəsarət alıb.(oxu.az)

 

Share: