Azyaşlının avtomobil idarə etməsinin görüntüləri yayıldı – VİDEO

Sosial şəbəkələrdə azyaşlının avtomobil idarə etməsi barədə görüntülər yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) azyaşlının avtomobil idarə etməsi ilə bağlı yayılan videoya münasibət bildirib.

DYP-dən Oxu.Az-a bildirilib ki, hadisə ötən gün Mingəçevir şəhəri ərazisində baş verib:
“Sükan arxasında azyaşlının oturması faktı aşkar edilib. Məsələ ilə bağlı polis əməkdaşları tərəfindən sürücü barəsində inzibati protokol tərtib edilib”.

 

Share: