Yevlaxda “Zəhər tuluğu” filminin nümayişi olub

Yevlax şəhər Yaradıcılıq evində Azərbaycanın tanınmış aktyoru və rejissoru Taleh Yüzbəyovun “Zəhər tuluğu” filminin təqdimat olub. Təqdimatda mədəniyyət işçiləri, fəal gənclər və rayon sakinləri iştirak ediblər.
Filmin nümayişində məqsəd Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda kino sənətinin inkişafı, milli kinomuzun təbliği, müasir Azərbaycan kinolarının yerlərdə izləyicilərə çatdırılması, əhalinin asudə vaxtının səmərəli təşkili, film izləmə ənənəsin davam etdirilməsidir.
Filmin nümayişindən öncə film barəsində geniş məlumat verilib, insani münasibətlərin ətrafdakılara, xüsusilə uşaq və yeniyetmələrə təsirindən bəhs olunub.
Sonra “Zəhər tuluğu” filmi nümayiş etdirilib. Filmdə Adilin (Taleh Yüzbəyov) yaşadığı faciələr, cəmiyyətin insan xarakterinə müxtəlif təsirləri ustalıqla işlənib.
Sonda tamaşaçılar filmlə bağlı öz təəssüratlarını bölüşüblər. Film tamaşaçılar tərəfindən çox maraqla qarşılanıb.

Share: