Yetmiş çıxsın otuz beş bərabərdir Sumqayıt gerçəkliyi

(FEYRUZ MƏMMƏDOV-70; SUMQAYIT HADİSƏLƏRİ-35)

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Mərkəzi Kitabxanasının Uşaq Şöbəsi və Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Sumqayıt hadisələrinin 35 illiyi və bu hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının əsas tədqiqatçılarından olan əməkdar jurnalist, yazıçı, publisist, Beynəlxalq Jurnalistlər Assosiasiyasının üzvü Eyruz Məmmədovla “ Yetmiş çıx otuz beş bərabərdir Sumqayıt gerçəkliyi” adlı tədbir keçirilib.


Uşaq Şöbəsinin böyük multimediya mütəxəssisi Zübeydə Məmmədova açılış edərək tədbirin ictimai-siyasi əhəmiyyətinin, uşaq və yeniyetmələrə mənəvi-ruhi dəstək missiyasını vurğuladı və sözü tədbirin moderatoru Hafiz Ataxanlıya verdi.Moderator yaxın tarixi proseslərə və Sumqayıt hadisələrinə ekskurs etdi.
Vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Yaşıçı- publisit, tərcüməçi, Azərbaycan və Avrasiya Yazarlar Birliklərinin üzvü, Prezident mükafatçısı Arif Ərşad Eyruz Məmmədov yaradıcılığını səciyyəvi cəhətlərindən danışdı, Sumqayıt hadisələrinin də gerçəyin araşdırılmasında onun müstəsna xidmətlərini vurğuladı.


Eyruz Məmmədov keçdiyi həyat yolundan önəmli məqamları tədbir iştirakçıları ilə bölüşdü.Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ədəbiyyatın, mətbuatın önəmli əhəmiyyət kəsb etdiyini bildirən Eyruz müəllim Sumqayıt haqqında silsilə sənədli filmlərin çəkilişinin necə çətinliklə ərsəyə gəlməsini xatırlatdı.
Arif Ərşadın “ Mənə yüz il ömür arzulamayın” adlı şeirinin öz ifasında səsləndirməsi tədbirə xüsusi rəng qatdı.
Uşaq Şöbəsinin müdürü Yeganə Hüseynova Sumqayıtın sosial- mədəni həyatında iz qoymuş dəyərli ziyalılarla oxucuların hər görüşünün mənəvi qazanc olduğunu vurğuladı.


Sonda isə Eyruz Məmmədova, Arif Ərşada və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin,Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təsil Mərkəzinin müəllim və tələbələrinə, həmçinin Məhəmməd Füzuli adına məktəbin müəllim və şagirdlərinə təşəkkürünü bildirdi.

Müstəqil.Az

Share: