Molla rejimi 21 fevral gününü Cənubi Azərbaycanda yasaqlaya bilmədi…

Faiq Balabəyli: “Molla rejiminin təzyiqlərinə baxmayaraq, əlbəttə ki, dilimiz yaşayır və bundan sonra da yaşayacaq”

Güney Azərbaycan türklərinin az qala 100 ilə yaxındır ki, doğma ana dilimizdə danışması, yazıb-oxuması, qəzet-jurnal, kitab çıxarması, təhsil alması yasaqdır. Niyə 100 ildir deyirik? Çünki 1925-ci ildə fars Pəhləvi rejimi türklərin hakimiyyətini qəsb etdikdən sonra türk xalıqına qarşı qisasıçılıq siyasətinə start verdi.

Azərbaycan türklərinin ana dilləri sıxışdırıldı…Şah rejiminin dilimizi illərlə qadağan etməsi azmış kimi, bu mənfur siyasət molla rejimi tərəfindən də davam etdirildi. 1979-cu ildə hakimiyyətə gələn molla rejimi soydaşlarımıza dil, ana dilində təhsil almaq hüququ vəd etsə də, o vədi  yerinə yetirmədi. Ana dilində təhsil hüququnu tələb edənlər isə ya dar ağacına çəkildi, ya da zindanlara salındı. Məsələ burasındadır ki, qorxmaz, hünərli soydaşlarımız şah rejiminə qarşı apardıqları mübarizəni molla rejiminə qarşı da həyata keçirdilər. 44 ildir ki, molla rejimi Azərbaycan türkcəsində təhsilə qarşı çıxır, məktəbdə şagirdlərin və müəllimlərin ana dilimizdə danışmasını yasaqlayır. Bunlara baxmayaraq, soydaşlarımız dil uğurunda mübarizələrini davam etdirirlər.

21 fevral Beynəlxalq Ana Dili Günü Güney Azərbaycanın hər şəhərində, hər qəsəbəsində qeyd olunub. Molla rejiminin təzyiqlərinə baxmayaraq, Cənubi Azərbaycanda 21 fevral Beynəlxalq Ana Dili gunu keçirilib. Şəhərlərdə ana dilimizin təbliği ilə bağlı tədbirlər, aksiyalar düzənlənib, kitablar paylanıb, tamaşalar, kompazisiyalar təqdim edilib. Dilimizin balalara sevdirilməsi üçün bir sıra maraqlı addımlar atılıb. Milli fəalların açdığı teleqram kanallarında ana dilimizin, bu istiqamətdə keçirilən tədbirlərin geniş təbliğatı həyata keçirilib.

img

Molla rejimi heç bir vəchlə soydaşlarımızın bu aksiyasının qarşısını ala bilmədi.

  • “Soydaşlarımız babalarımızın əmanəti olan ana dilimizi təbliğ etməklə varlığımızın əbədi olduğunu çatdırır”

Müstəqil.az saytının rəhbəri Faiq Balabəyli “Bakı-Xəbər”ə bildirdi ki, soydaşlarımızın ana dilində mübarizəsi çox geniş vüsət alıb və heç bir qüvvə onları bu yoldan döndərə bilməz.

“İranda Molla rejiminindən də qabaq ana dilimizə, bizim kimliyimizə, soy kökümüzə, türkçülüyümüzə qarşı daima təzyiqlər olub. Yəni fars adlanan və içi paslı olan bu millətin xisləti budur. Şah rejmi dövründə milli azadlıq çarçısı olan Mərziyyə adlı xanımın edamı, Səməd Behrəngi kimi uşaq yazıçısının, böyük ideyalar çarçısı olan qələm adamının Araz çayında batırılıb öldürülməsi və minlərlə belə olaylar dediyimə haqq verir.

Şərqdə İran qədər mənəvi virançılıqla məşğul olan ikinci bir dövlət tanınmır. Anaların balasına doğma dildə layalay deməsinə mane olublar. Niyə? Ona görə ki dilin ən gözəl qoruyucusu, əlbəttə analardır. Dilimizi analar balalarına ötürüb, balalar da dilimizin incisini, şəhdi-şirəsini yaşadıb, dilimizi ölməyə qoymayıblar. Molla rejiminin təzyiqlərinə baxmayaraq əlbəttə ki, dilimiz yaşayır və indən sonra da yaşayacaq”.

F.Balabəylinin sözlərinə görə, molla rejmi islamın çuxasına bürünərək, əmmaməsini başına geyərək əmmaməçiliklə məşğul olur, dinimizi, onun yaradıcısını, imamlarımızı gözdən salan əməllərə rəvac verir və əlbəttə ki, bundan da utanmır. “Erməniyə qucaq açan, ali dinimizin ali kitabının dediklərini təhrif edən, bütün müsəlmanlar qardaşdır kəlamına fikir verməyən küffara meyl göstərən din qardaşlarının erməni qaniçənləri tərəfindən fiziki yox olmasına göz yuman və şərait yaradan əxlaqsız mollardan daha nə gözləmək olar ki? Əlbəttə, onlar ana dilimizin tamam unudulmasına çalışırlar və bunun üçün nəinki erməni ilə, digər islama düşməni olanlarla da dostluq, qardaşlıq etməyə hazırdırlar.

Bu baxımdan, nə qədər bacarırlar təzyiq göstərirlər. Lakin xalqın özünə inamı, dilimizə, adət-ənənələrimizə bağlılığı sözsüz ki, molla rejiminin insanlığa zidd hərəkətlərinə qalib gəlir. Bu rejim türk xalqına nifrət edir. Türk xalqı isə öz dilini qoruyur. Soydaşlarımız babalarımızın əmanəti olan ana dilimizi təbliğ etməklə varlığımızın əbədi olduğunu çatdırır. Güney Azərbaycan bizim tarixi torpağımızdır və burada xalqımızın mədəniyyəti, dili əbədi olaraq yaşayacaq” – deyə F.Balabəyli qeyd etdi.

İradə SARIYEVA

Share: