Yerimizi dəyişəndə ermənilərin içinə düşdük…

Ermənilərin bu vəhşiliyini təbii ki, gözləmək lazım idi. Aksiyadan bir gün əvvəl erməni aqressivliyinin qarşısını maksimum dərəcədə almaq üçün öz aramızda danışmışdıq.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında keçirilmiş dinc aksiyada iştirak edən azərbaycanlı Turqut Əliyev Teleqraf.com-a müsahibəsində deyib.

O bildirib ki, olay günü Los-Ancelesdəki Baş Konsulluqdan hadisə yerinə polislərin cəlb edilməsini istəyib:

“Biz aksiyaya gedəndə artıq 3-4 polis maşını var idi. Onlar bizə dedilər ki, təhlükəsizliyinizi qoruyacağıq, amma yerinizi dəyişməlisiz. Yerimizi dəyişəndə ermənilərin içinə düşdük. Bu da bizi ermənilərin vəhşicəsinə hücumuna məruz qoydu. Onlar aksiya iştirakçısı olan azərbaycanlı xanımlara, gənclərə vəhşicəsinə hücum çəkdilər. İnanmıram ki, polis erməni təxribatının bir hissəsinə çevrilsin”.

T.Əliyev qeyd edib ki, polislər ermənilərin vəhşicəsini hücum edəcəyini gözləmirdi:

“Ona görə də vəziyyətə və məsələyə ciddi yanaşmırdılar. Açığı, Amerikada polis işdən çox, şou göstərməyə meyillidir. Onu da deyim ki, aksiyaya gələn ermənilərin sayı həqiqətən çox idi. Ümumiyyətlə, Amerikada bu kimi aksiyalar adətən dinc keçir. Küçənin o üzündə bir ölkənin, digər tərəfində başqa ölkənin müdafiəçiləri, soydaşları olur. Təxribata yol vermir, müxtəlif şüarlar səsləndirib dinc yolla aksiyalarını keçirib çıxıb gedirlər”.

T.Əliyev deyib ki, artıq ABŞ mediasında ermənilərin bu hərəkəti kriminal nifrət kimi qələmə verilir.

Müstəqil.Az

Share: