“88-ci il ssenarisi” təkrarlanır: Erməni səfir hərəkətə keçdi

Moskvada Azərbaycan və Ermənistandan olanlar arasında toqquşma öncədən planlaşdırılmış aksiya olub.

Müstəqil.Az  xəbər verir ki, bunu “Danışır Moskva” radiosuna müsahibəsində Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan deyib.

Dünən baş verənlərin provokasiya olduğunu iddia edən Toqanyan guya bunun ticarət nöqtələrindən başladığını bildirib.

Toqanyan tədbir görülməyəcəyi təqdirdə bunun çox ciddi nəticələrinin olduğunu söyləyib.

Qeyd edək ki, dünən Moskvada azərbaycanlılarla ermənilər arasında baş verən dava ucbatından 13 nəfər həbs edilib.

Bundan öncə ABŞ və Avropanın bir neçə şəhərində baş tutan aksiyalarda ermənilər azərbaycanlılara qarşı hücuma keçmiş, nəticədə onlarla azərbaycanlı yaralanmışdı.

Ermənilərin vandallığı xüsusilə Los Anceles və Brüsseldə özünü ən pik formada nümayiş etdirmişdi.

Müstəqil.Az

Share: