Yerevanda jurnalistləri küçəyə atırlar

Yerevan meri şəhərin mərkəzində yerləşən müxtəlif binalardan bütün jurnalist təşkilatlarının və media orqanlarının çıxarılması barədə məhkəmə qərarı çıxartdırıb. Ermənistan Jurnalistlər İttifaqının sədri Satik Seyranyan isə bu işdə baş nazir Nikol Paşinyanı ittiham edib və hökumətin mediaya qarşı müharibə apardığını bildirib.

Məhkəmə qərarı elan olunduqdan sonra jurnalistlərlə Yerevan meri arasında gərginlik yaşanıb. Jurnalistlər İttifaqının sədri isə bəyan edib ki, Ermənistan hökumətinin mətbuata qarşı elan etdiyi müharibə siyasi xarakter daşıyır. Qəzet, sayt redaktorları və jurnalist təşkilatları məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Məhkəmənin qərarına əsasən, şəhərin müxtəlif rayonlarında yerləşən bir sıra erməni KİV beş gün müddətində öz ofislərini boşaltmalıdırlar. Onlara Dövlət Əmlak Komitəsindən də müvafiq bildiriş göndərilib. Sənədlərdə deyilir ki, jurnalistlər dövlət mülkiyyətində olan və onlara müvəqqəti istifadə üçün verilmiş ofisləri qısa müddət ərzində təhvil verməlidirlər. Həmçinin qeyd olunub ki, boşaldılan binalar hərrac qaydasında satışa çıxarılacaq və mətbuat orqanları bu hərraclarda iştirak edə bilərlər.

Jurnalistlər İttifaqının sədrinin ofislərindən çıxarılan media orqanlarını Mətbuat evində yerləşdirmək təklifinə də hökumətdən müsbət cavab gəlməyib.

Müstəqil.Az

 

Share: