Türkiyə respublika tarixində bir ilki gerçəkləşdirəcək.
Publika.az xəbər verir ki, Türkiyə Hərbi-Dəniz Qüvvələri ölkəni 3 tərəfdən əhatə edən dənizlərdə “Mavi Vətən 2019 Təlimi”ni bu gün başladacaq.
103 gəminin iştirak edəcəyi təlimlər Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizini əhatə edəcək. Bu həm də 3 dənizdə eyni anda icra ediləcək ilk hərbi təlimdir.
Təlimlərin keçirilmə məqsədi Hərbi-Dəniz Qüvvələrinə bağlı birlik, gəmi və dəniz-hava vasitələrinin hərəkata hazırlıq səviyyəsini artırmaq və onları ssenarilərə, yerli coğrafiyaya uyğunlaşdırmaqdır. Təlimlər Dəniz Hərbi Mərkəzinində qurulan 165 nəfərlik Təlim Nəzarət Mərkəzi tərəfindən idarə olunacaq.
Türkiyə bu təlimləri NATO-nun strategiyasına və protokluna uyğun şəkildə həyata keçirəcək.