Yer üzündə insanın qalmadığı dövr açıqlanıb

Beynəlxalq bioloqlar qrupu 930 ilə 813 000 illər əvvəl olan dövr aralığında bəşəriyyətin “darboğaz”dan keçdiyini bildirib.

 “Darboğaz” effekti müxtəlif səbəblərdən müəyyən müddət ərzində populyasiyanın sayında kritik azalma nəticəsində onun genetik müxtəlifliyinin azalmasını təsvir edir.

Məlumata görə, modelləşdirmə uğurla artan insanların sayının təxminən 77 dəfə azaldığını və 1280 fərd təşkil etdiyini göstərib.

Qeyd olunur ki, bəşəriyyətin keçdiyi aşkar edilmiş “darboğaz” Afrika və Avrasiya qazıntıları arasında nəzərəçarpacaq xronoloji boşluqla üst-üstə düşür.

Alimlər bəşəriyyətin yox olmaq təhlükəsi ilə üzləşdiyini təxmin edirlər. “Darboğaz” bəşəriyyətin genofonduna o qədər təsir edib ki, genetik müxtəliflik baxımından insanlar hələ də bəzi primatlardan geri qalırlar.

Populyasiyanın bu dərəcədə kritik azalması “Buz dövrü” kimi tanınan “Pleystosen” dövründə ciddi iqlim dəyişiklikləri, eləcə də sonrakı növəmələgəlmə prosesi ilə üst-üstə düşüb.

Mənbə: mk.ru, gazeta.ru

Share: