Ukraynalı əsgərlərin tank əleyhinə minaya düşdükləri anın içəridən görüntüləri: Real döyüş kadrları

Ukrayna əsgərlərinin Baxmut istiqamətində Kleşeyevka rayonunda real döyüş kadrları yayımlanıb.

Kadrlarda Ukrayna Silahlı Qüvvələrinin 3-cü əlahiddə hücum briqadası əsgərlərinin tank əleyhinə minaya düşdükləri an əks olunub.

Bildirilir ki, bu an ukraynalı döyüşçülərin köhnə ABŞ zirehli transportyoru M113-ün (keçən əsrin 1960-cı illərindən istehsal olunur) içində olmaları onların həyatını xilas edib.  

Belə ki, videodan göründüyü kimi, hər kəs sağ qalıb və hətta müstəqil şəkildə döyüş maşınından çıxa biliblər.

Mənbə: UNİAN “Telegram”

Share: