Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Yeni il yarmarkalarında qiymətlər bahalaşa bilər (FOTOLAR)

Yeni ilin gəlişinə sevinməyimizə səbəb yəqin ki, içimizdə olan balaca uşağın ümidləridir. Nə yalan deyim, Şaxta baba heç vaxt mənə hədiyyə gətirməyib. Ona görə də bayram günləri hədiyyə gözləntilərim olmur. Təbii ki, bu hər kəsə aid deyil.
Gəlin bu dəfə Qaynarinfo-nun nəzəri ilə şəhər sakinlərinin Yeni il hazırlıqlarına nəzər salaq. Yəqin ki, hər gün metronun qarşısında qurulan yarmarkaları çoxunuz görürsünüz. Mən də elə oralara baş çəkmək üçün evdən çıxdım.
Yolumu şəhərimizin gözü olan “Tarqovı”dan saldım. Hər yerdə rəngli işıqlar. Adama elə gəlir ki, bayrama insanlardan çox mərkəz küçələrdə yerləşən mağaza vitrinləri hazırlaşır. Onlar daha çox parlayır, sevinir. Adamlar isə elə həmin adamlardı. Qara və boz geyimlərin içində yorğun-arğın harasa tələsən, hər kəsin getdiyi tərəfə gedən şəhərin bol işıqlarında gözləri bağlı hərəkət edən yurdumun yazıq insanları. Mən də həmin axına qoşulub yolun bir tərəfi ilə getməyə başladım. Nəhayət, qurulan yarmarkanın qarşısına da gəlib çıxdım. Alıcıların çoxluğundan içəri daxil ola bilmirəm. Nəhayət bir təhər içəri keçib rəngarəng oyuncaqlar, məndən boyda daha hündür olan süni şam ağaclarının yanında durdum.
Satıcıların başı yaman qarışıq idi. Birinə yaxınlaşıb, satış və qiymətlər haqqında soruşdum. Satıcı Rüfət Allahverdiyevinsözlərin görə, şəhər sakinləri şikayət etsələr də, bayram üçün lazım olan hər şeyi alırlar:
“Şükür Allaha, satış yaxşıdır. Camaat sosial vəziyyətdən narazılıq etsə də, bayrama necə lazımdır hazırlaşır. Daha çox yaşlı adamlar nəvələri üçün oyuncaq, yolka və zərlər alırlar. Gənclər isə daha çox başa taxılan qulaqlı abodoqlar və Şaxta baba papağı almağa meyl edirlər”.
Qiymətlə barəsində danışan satıcı deyir ki, bayramın yaxınlaşması ilə əlaqədar qiymətlər artırıla bilər:
“Biz bu malları Dubaydan gətirmişik. Qiymətlər hər yerdə necədisə, bizdə də elədi. Ən böyük yolkaların qiyməti 90 manatdı. Amma bayramın yaxınlaşması ilə əlaqədar olaraq, ola bilsin ki, qiymətlər də dəyişəcək”.
Nəvələri ilə birgə bayram üçün bəzək-düzək almağa gələn 60 yaşlı Ceyhun Məmmədov isə deyir ki, ildə bir dəfə uşaqlara sevinməyə icazə vermək lazımdır:
“İldə bir dəfə olan şeydir. Biz uşaqlığımızı yaşamamışıq. Ona görə də, canımda qüvvət var, istəyirəm nəvələrim hər şeyin yaxşısını göstərə bilim. Qiymətlər yaxşıdır. Bu cür yarmarkalar həm də ona görə yaxşıdır ki, axtardığımız hər şeyi bir yerdə tapa bilirik”.
 
Lalə Niftaliyeva

Share: