YENİ FİLMİN TƏGDİMAT MƏRASİMİ

Bu gün Nizami kino mərkəzində əsl sinema bayramı yaşandı. Müstəqil.Az bildirir ki, məhz bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yazıçı-dramaturq İmir Məmmədlinin “Köşk” ssenarisinin əsasında çəkilən “Eviniz abad” filminin premiyerası baş tutdu.

Qeyd edək ki, filmdə azərbaycanlı aktyorlarla yanaşı gürcü sənətçiləri da rol alıblar. Filmin gözlənilməz süjet xətti və azərbaycanlı oğlanla gürcü gızının arasınada baş verən sevgi hissləri elə bir daxili dinamika yaradır ki, tammetrajlı bu əsər birnəfəsə baxılır. Bu əlbəttə filmin quruluşçu rejissoru Mirsadıq Ağazadənin ssenarinin ümumi əhval-ruhiiyəsini və İ. Məmmədliyə xas olan incə, həssas çalarları yaxşı duymasından da xəbər verir.

Qeyd etməliyik ki, “Eviniz abad” filmi İmir Məmmədlinin ssenarisi əsasında çəkilən ilk ekran əsəri deyil. Buna qədər onun ssenariləri əsasında yeddi televiziya filmi çəkilmişdir.

Fəxarət hissi ilə qeyd etməliyik ki, keçən il qardaş türk kinomatoqrafçıları da İmir Məmmədli yaradıcılığına müraciət edib və onun “İkili həyat” ssenarisi əsasında “Xoruz Bayram” adlı Tammetrajlı bədii film ərsəyə gətiriblər. Həmin filmin fraqmanı xeyli vaxtdır sosiyal şəbəkələrdə yayımlanır. Film gala gecəsi İstambul şəhərində təntənəli şəkildə  keçiriləcək. Bu yeni ekran əsəri isə qardaş olkənin kinoteatrlarında 20 apreldən etibarən nümaiş etdiriləcək.

 

                                                           Zümrüd Rüstəmova

Share: