Yazıçı Seyran Səxavətlə görüş keçirilib

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində iş planına uyğun olaraq görkəmli şəxsiyyətlər, sənət adamları, şair və yazıçılarla görüşlər keçirilir.

Kulis.az xəbər verir ki, 12 may 2023-cü il tarixində Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyində Yazıçılar Birliyinin üzvü, yazıçı Seyran Səxavətlə görüş keçirilib. Görüşdə mədəniyyət, təhsil sahələrinin işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafına qayğısından, şair və yazıçılara daimi diqqət göstərməsindən söhbət açılıb. Görüşdə iştirak edən millət vəkili, yazıçı Aqil Abbas Seyran Səxavət yaradıcılığı haqqında ətraflı məlumat verib.

Bir 2 kişi, kürsü ve yazı görseli olabilir

Share: