Heyvanı vurdular, xəstəxanaya düşdülər

Quba rayonunun Zərqava kəndində iribuynuzlu heyvan avtoqəzaya səbəb olub.

“Report”un Şimal bürosu xəbər verir ki, “Niva” markalı avtomobil rayon istiqamətində hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurub.

Şabran rayon sakinləri – 1957-ci il təvəllüdlü Gəncəliyev Qədir Məmməd oğlu və onun oğlu, 1994-cü il təvəllüdlü Gəncəliyev Məmməd Qədir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Share: