Yastıq örtüyünü 5 il dəyişdirmədi, gözləri bu hala düşdü

Çində iki ildir ki, gözləri ilə bağlı problem yaşayan qadının gözlərində yüzlərlə canlı aşkar edilib. Uzun müddət qaşınan, qırmızı gözlərlə gəzdikdən sonra həkimə getməyə qərar verən qadının gözləri həkimləri təəccübləndirib. Müayinə zamanı qadının hər bir gözündə 100 ədədə yaxın mayt adı verilən canlılar yaşadığı məlum olub.
Müstəqil.Az Moderator.az -a istinadən xəbər verir ki, baş verən hadisədə, qadının gözlərinin bu hala gəlməsinə səbəb olan şey isə daha da təəccüblü olub. Qadın təxminən 5 ildir ki, eyni yastıq örtüyünü heç dəyişmədən istifadə edirmiş.
.
Həkimlər müdaxilə etdikdən sonra qadının qısa müddət sonra əvvəlki vəziyyətinə qayıdacağını bildiriblər.
Müstəqil.Az

Share: