Univertitetdə kütləvi zəhələnmə hadisəsi…

Yeməkxanada zəhərlənən tələbələrin sayı 473 nəfərə çatdı.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, günorta və axşam yeməklərində kotlet yediklərini deyən tələbələr yeməkdən bir neçə saat sonra halsızlıq hiss etdiklərini bildiriblər.

473 tələbədən 463-nün vəziyyətinin yaxşı olduğu və evə göndərildiyi deyilsə də, 10 nəfərin vəziyyəti ağır olaraq qalıb.

***

Türkiyədə universitet tələbələri arasında kütləvi zəhərlənmə baş verib.

Ölkənin Rizə əyalətində yerləşən Rizə Univeristetinin yataqxanasında təxminən 190 tələbə zəhərlənib. İlkin məlumatlara görə, yataqxananın mətbəxində verilən axşam yeməyindən sonra tələbələrin halı pisləşib. Xəstəxanaya müraciət edən tələbələrin yeməkdən zəhərləndikləri məlum olub.

Zəhərlənməyə səbəb olan qida və ya hər hansı qatqı haqqında hələ dəqiq məlumat yoxdur.

Hadisə ilə bağlı Rizə polisi araşdırma başladıb.

Tələbələrin yaxınlarına xəbər verilib.

 

Müstəqil.Az

Share: