Yaşasaydı bu gün 85 yaşı tamam olacaqdı

Hətta GÜNƏŞDƏ də LƏKƏLƏR var…

Əzilir, soyulur bu xalq günbəgün,
Dözümdə, səbrdə, vallah, fil olduq.
Bəlkə bu milləti qul eləməkçün
Biz qan bahasına müstəqil olduq?..

Bəxtiyar Vahabzadənin 1998-ci ildə qələmə aldığı bu sətirlər sanki Əbülfəz Elçibəyə bir müraciətdir. Bəzilərinin qənaətinə görə, xalqı o, müstəqilliyə çıxarıb, bəziləri deyir ki, xalqı qırğına verməmək üçün geri çəkildi, bəziləri onu kadrları düzgün seçməməkdə suçlayır, bəziləri də zəif, postunu atıb qaçan prezident kimi qələmə verir. Amma onun əsl dəyərini yüz ildən sonra əlahəzrət Tarix verəcək. Birdəki qiyamət günündən sonrakı məhkəmə…

Yaşasaydı bu gün 85 yaşı tamam olacaqdı. Gəldi, işini gördü və getdi…

Biz kimik ki, Allah qarşısında sorğu-sualı yüngül olsun! Hətta Günəşdə də ləkələr var…

Elman Eldaroğlu

Share: