“Mortal Kombat 2” filminin çəkilişlərinə başlanıldı

Məşhur video oyununda kinoya uyğunlaşdırılmış “Mortal Kombat” filminin davamının çəkilişlərinə başlanılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, filmin prodüseri Todd Qarner ilk filmdəki səhvlərinin bu dəfə düzəldiləcəyini bildirib.

“Mortal Kombat” video oyunu 1990-cı illərdə çəkilən iki filmdən sonra 2021-ci ildə yenidən gündəmə gəlib.

İlk “Mortal Kombat” filminin prodüseri Todd Qarner tviterdə Avstraliyada davam filminin çəkilişlərinə başladığını elan edib.

Qarner tvitində “Biz başlayırıq! Yeni filmin çəkilişlərinə başlayacağım üçün həyəcanlıyam. Bu dəfə sizi dinlədik. Səhvlərimizdən dərs aldıq və ən yaxşısını etməyə qərarlıyıq. Hər kəsin fikrinə hörmət edirəm və dəstəkləyirəm, amma həddindən artıq kobud şərhlər olsa, sizi bloklayacağam”, -deyə qeyd edib.

Qeyd edək ki, amerikalı aktyor Lüis Tan ssenari müəllifi Ceremi Sleyter, rejissoru Saymon Makkuoid olan “Mortal Kombat 2” filmində baş rolda çəkiləcək.

Filmin premyera tarixi hələ açıqlanmayıb.

Share: