“Yaşanan yarım əsr” adlı filmin təqdimatı keçirildi

Martın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, aktyor, Əməkdar artist Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan “Yaşanan yarım əsr” adlı sənədli filmin təqdimatı keçirilib.


Kulis.az xəbər verir ki təqdimatda incəsənət xadimləri, teatr və kino mühitinin tanınmış nümayəndələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə Nicat Kazımov açaraq qonaqları salamlayıb. Yaradıcı heyətə və tədbirə toplaşanlara təşəkkürünü bildirib. Bundan sonra filmin nümayişi başlanıb.


Nicat Kazımovun həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən filmin ssenari müəllifi və qurluşçu rejissoru Vüsal Əsgərov, quruluşçu operatoru Teymur Məmmədov, montaj rejissoru Firdovsi Nəbiyev, səs operatoru Nicat Cəbrayılov, qrim üzrə rəssamı Vüsalə Abbasova, prodüsseri Əməkdar artist İlham Əsədovdur.

Share: