Türkiyəli aktyor deputatlığa namizəd oldu

Türkiyəli aktyor Mehmet Aslantuğ deputatlığa namizəd olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı İşçi Partiyanın (TİP) sədri Erkan Baş məlumat verib.

O bildirib ki, Mehmet Aslantuğ deputatlığa namizədlik təklifini qəbul edib.

Qeyd edək ki, Türkiyədə deputatlığa namizədlər üçün seçki 14 mayda keçiriləcək.



Share: