Yardımlıda Səlim Babullaoğlunun yaradıcılığı müzakirə olunub

Müstəqil.Az xəbər verir ki, aprelin 3-ü və 4-də Yardımlı rayon Mədəniyyət Mərkəzində, eləcə də Yardımlı rayon Mərkəzi Kitabxanasında kitabxana və rayon tarix-diyarşünaslıq muzeyinin birgə təşəbbüsü ilə Səlim Babullaoğlunun şeir və tərcümə kitablarının təqdimatı , eləcə də şairin yaradıcılığına həsr edilmiş növbəti bir görüş keçirilib.

Tədbirin aparıcısı, “Dağ çiçəkləri” ədəbi birliyinin rəhbəri şair Əlisəfa Əhmədoğlu oxuculara şairin həyat və yaradıcılığı barəsində məlumat verib. Sonra şairin “Oğlumla söhbətlər” şeirlər kitabı ətrafında, habelə Səlim müəllimin dünya ədəbiyyatından etdiyi tərcümələrlə bağlı müzakirələr edilib. Mərkəzi kitabxananın direktoru Rahim Səfərov, şöbə müdirlərindən Gündüz Manafov, Vahid Kərimov şairin yaradıcılığından ayırca olaraq söz açıblar. Bəxtiyar Heydərov da şairin bir neçə şeirini səsləndirib
Müstəqil.Az
Share: