“Yardımlı Xeyriyyə Cəmiyyəti” Vilayət Eyvazova minnətdarlıq məktubu ünvanladı

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik, cənab Vilayət Eyvazova
Hörmətli Vilayət müəllim, Yardımlı rayonunda narkomaniyanın törətdiyi fəsadlardan narahat olan “Yardımlı Xeyriyyə Cəmiyyəti” bu günlərdə Sizə müraciət ünvanlamışdı. Həmin müraciətə əsasən rayonumuzda tez bir zamanda narkoticarətçilərə qarşı amansız mübarizə aparılmış, 10-a yaxın cinayətkar həbs edilmişdir. Bu da sağlam düşüncəli rayon ictimaiyyətinin sevincinə səbəb olmuşdur.
Bu gün Yardımlıda hamı Sizin bu məsələyə çevik münasibət bildirməyinizdən razılıqla danışır, Polisin gördüyü işlərdən məmnun olduqlarını fəxarətlə dilə gətirirlər. Bunu Yardımlı gənclərinin gələcəyi istiqamətində misilsiz addım kimi dəyərləndirirlər…
Cənab nazir, Yardımlı ictimaiyyətini təmsil edən bir ictimai təşkilat kimi müraciətimizə göstərdiyiniz diqqətə görə, Sizə minnətdarlığımızı çatdırmağı özümüzə borc bildik.
Allah yar və yardımçınız olsun!
Hörmət və ehtiramla,
Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri,
Elman Eldaroğlu
No hay ninguna descripción de la foto disponible.
Share: