Yaponiyada küçədə yuxulayan müstəntiq cinayət işinin sənədlərini itirib

Yaponiyada 49 yaşlı müstəntiq həmkarları ilə kafedə görüşərək içki içib.

O, yoldaşlarından ayrıldıqdan sonra küçədə yuxuya gedib və hazırda üzərində işlədiyi cinayət işi üzrə sənədlərin olduğu çantanı itirib.

Həmkarlarını qatar stansiyasına ötürdükdən sonra yuxulayan hüquq-mühafizə orqanı əməkdaşı yalnız səhərə yaxın ayılıb və çantasının yoxa çıxdığını görüb.

Qeyd edək ki, Yaponiyada xüsusi icazə olmadan istintaq materiallarının iş yerindən kənara çıxarılması qadağandır.

Mənbə: gazeta.ru

Share: