İrəvan metrosunda partlayıcı qurğu tapılmayıb – YENİLƏNİB + VİDEO

İrəvan metrosu fəaliyyətini bərpa edib.

Stansiyalarda heç bir partlayıcı qurğu tapılmayıb.

“Xilasedicilər, istehkamçılar və kinoloqlar bütün stansiyaları yoxlayıblar. Təhlükəli heç nə aşkar edilməyib”, – deyə metro rəhbərliyi bildirib.

Metropoliten sərnişinlərdən yaranan narahatlığa görə üzr istəyib.

Mənbə: Sputnik

18:12

İrəvan metrosuna bomba qoyulması barədə siqnal daxil olduqdan sonra stansiyalardan sərnişinlərin və şəxsi heyətin təxliyəsinə başlanılıb.

Bu barədə bazar günü jurnalistlərə metronun mətbuat katibi Tatevik Xaçatryan məlumat verib.

O qeyd edib ki, təxliyə bütün stansiyaları əhatə edib.

Mənbə: TASS

 

Share: