Yanğınsöndürən təyyarə qəzaya uğradı — İki pilot öldü

İtaliyanın Siciliya adasındakı Etna dağının yamaclarından birində yanğınsöndürən təyyarə qəzaya düşüb.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, hadisə təyyarə su üçün qayıdarkən baş verib.

Belə ki, mülki müdafiə xidmətinin təyyarəsi Kataniya şəhəri yaxınlığında meşə yanğınlarının söndürülməsi ilə məşğul olub.

Təyyarənin göyərtəsində olan iki ekipaj üzvünün həlak olduğu bildirilib.

Qəza şahidlərinin sözlərinə görə, təyyarə yerə düşəndən sonra partlayış olub və yanğın başlayıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib.


Share: