Avropa Liqası: “Qarabağ” səfərdə “Nant” klubuna uduzdu

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Oxu.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada “Nant” klubu ilə qarşılaşıb. “Bojuar” stadionundakı görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

Beləliklə, bu nəticədən “Qarabağ” 7 xalla 2-ci pillədəki mövqeyini qoruyub. 6 xalı olan “Nant” isə 3-cü sırada qərarlaşıb. E qrupunun digər oyununda “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”u ilə 1:1 hesablı edərək, liderliyi təmin edib və 1/8 finala yüksəlib.

00:17

Fransada “Nant” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ev sahibi ikinci qolu vurub.

Oxu.Az-ın məlumatına görə, meydan sahiblərindən 90+5-ci dəqiqədə Canaqo fərqlənib – 2:1.

00:17

Fransada “Nant” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab bərabərləşib.

Oxu.Az-ın məlumatına görə, 56-cı dəqiqədə penaltidən fərqlənən Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç tarazlığı bərpa edib – 1:1.

00:04

Fransada “Nant” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ikinci hissə başlayıb.

Oxu.Az-ın məlumatına görə, “köhlən atlar” ilk hissədən sonra hesabda geridədir – 0:1.

23:50

Fransada “Nant” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ilk hissə başa çatıb.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan çempionu fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb – 1:0.

Yeganə qolu 16-cı dəqiqədə Lüdovik Blas vurub.

23:20

Fransada “Nant” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab açılıb.

Oxu.Az-ın məlumatına görə, meydan sahiblərindən Lüdovik Blas 16-cı dəqiqədə topu “köhlən atlar”ın qapısından keçirib – 1:0.

23:01

Fransada “Nant” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.

Oxu.Az-ın məlumatına görə, “Bojuar” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş matç “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

21:54

Fransada UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda üz-üzə gələcək “Nant” və “Qarabağ”ın start heyətləri bəlli olub.

Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Nant”: 1. Alban Lyafon, 3. Andrey Cirotto, 5. Pedro Çirivelya, 7. Evann Gessan, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 29. Kenten Merlen, 31. Mustafa Məhəmməd, 55. Abdul-Kader Bamba

Ehtiyat oyunçular: 16. Remi Deskam, 30. Denis Petriç, 2. Fabio, 4. Nikolya Pallua, 11. Markus Koko, 12. Dennis Appia, 14. İqnatius Qanaqo, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 22. Qor Manvelyan, 27. Moyzes Simon

Baş məşqçi: Antuan Kambuare

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k), 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina

Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 8. Marko Yankoviç, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, “Bojuar” stadionunda oynanılacaq “Nant” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

08:55

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada “Nant” klubu ilə qarşılaşacaq. “Bojuar” stadionundakı görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hazırda “köhlən atlar” 7 xalla G qrupunda 2-ci pillədə qərarlaşıb. 3 xalı olan Liqa 1 təmsilçisi isə 3-cüdür. Ağdam klubu səfərdə ən azı 1 xal qazanacağı halda, pley-offa vəsiqəni təmin edəcək.

Bu qrupun digər oyununda isə “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, V tur

27 oktyabr

23:00. “Nant” (Fransa) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Yakob Kehlet, Lars Hummelqard, Viktor Skite, Yorgen Burçard (hamısı Danimarka)

Nant, “Bojuar” stadionu

Xal durumu: “Frayburq” – 12, “Qarabağ” – 7, “Nant” – 3, “Olimpiakos” – 1.

Share: