Yanan ticarət mərkəzi MTN -in sabiq naziri Eldar Mahmudova məxsus imiş – RƏSMİ SƏNƏDLƏR

Bu gün səhər saatlarında güclü yanğın başlayan “Diqlas” tiracət mərkəzi sabiq MTN naziri Eldar Mahmudova məxsusdur.

Müstəqil.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Diqlas”ın rəsmi sahibi keçmiş nazirin oğlu Anar Mahmudovdur.

Qeyd edək ki, MTN generallarının məhkəməsində də dəfələrlə “Vasmoy bazarı”nin taleyi gündəmə gəlib. İstintaq sənədlərinə görə, “Vasmoy bazarı”nın bir hissəsi Akif Çovdarovun qızının, digər hissəsi isə Hilal Əsədovun xanımı Nüşabə Əsədovanın adına olub.

Bu məqamda bildirək ki, yanğın ticarət mərkəzinin yaxınlığındakı dönərxanaların birində baş verib.

Müstəqil.Az
Share: