Tereza Mey hökuməti çat verdi – İki nazir istefaya getdi

İngiltərənin İqtisadiyyat və sənaye naziri Riçard Harrinqton və Yaxın Şərq üzrə nazir Əlistar Burt “Breksit” səsverməsində hökumətin əleyhinə qarşı səs verərək, istefaya gediblər.

Müstəqil.Az xəbər verir ki, İngiltərə parlamentinin aşağı palatasında keçirilən səsvermə zamanı “Breksit” məsələsinin yenidən gündəmə gətirilməsi 329 səslə (302 nəfər əleyhinə) qəbul olunub.

Hakimiyyətdəki Mühafizəkar Partiyanın səsvermə ilə bağlı verdiyi ümumi qərarı pozan nazirlər isə istefaya gedib.

Səsverməyə əsasən, hökumətin parlamentə təqdim etdiyi təklifə dəyişiklik edilib.(telegraf.com)

Share: