Xırdalanda nənə və nəvəni maşın vurdu — Ölən var

Xırdalanda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə 31-də baş verib. Xırdalan şəhəri ərazisində yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, S.Əsədova orada ölüb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.


Share: