Azərbaycanlı şair beynəlxalq mükafata layiq görüldü

Azərbaycanlı şair və tərcüməçi Ümid Naccari UNESKO və Beynəlxalq Mədəniyyət Assosiasiyası “The Cafe of Ideas” tərəfindən nüfuzlu Beynəlxalq “Böyük İskəndər” medalına layiq görülüb.

Kulis.az xəbər verir ki, Yunanıstanın tarixi Salamina adasında keçirilən tədbirdə Fransa, İspaniya, Rumıniya, Azərbaycan, Kosovo və Yunanıstan Respublikalarından qatılmış nümayəndələri mədəniyyət, insan haqları və sülhməramlı fəaliyyətlərinə görə təltif ediliblər.

Qeyd edək ki, Ümid Nəccarinin əsərləri İndiyə qədər ABŞ, İtaliya, İspaniya, Rusiya, Serbiya, Kosovo, Ruminiya, Montenegro, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbuat orqanlarında işıqlandırılıb.

Share: