Xatirələr albomlarda saralmış, Şəkillərin özlərində yaşayır

Gözləyirəm mən səni

Kaş açaydım gözümü,
Yanımdasan görəydim.
Bir də sənə vurulub,
Sənə könül verəydim.
*
Nur saçaydı gözlərin,
Çöhrəmə bir işıqtək.
Hey atılıb düşəydim,
Sevincimdən uşaqtək.
*
Ötən xatirələrlə,
Biz baş-başa qalaydıq.
Xatırlayıb keçmişi,
Xəyallara dalaydıq.
*
Oturub şirin-şirin,
Sevgidən danışaydıq.
Eşqimizin oduna,
Biz qoşa alışaydıq.
*
Gözləyirəm mən səni,
Hardasan gəl, sevgilim.
Gəl, qoy sənsiz keçməsin,
Bundan sonra bir ilim.

Bir 1 nəfər, ayaqda və bunu deyən yazı "Cabbar" şəkili ola bilər

Sənin odlu baxışların hələ də,
Ürəyimin közlərində yaşayır.
Arxasınca süründüyün bir qızın,
Unutduğun gözlərində yaşayır.
*
Sən getdiyin yolu-izi qar almış,
Dözəmmirəm, səbrim tamam daralmış.
Xatirələr albomlarda saralmış,
Şəkillərin özlərində yaşayır.
*
Oyat məni, nə çox çəkdi bu yuxu,
Yox bu eşqin nə gəmisi, nə Nuhu.
Səndən sonra nə cismi var, nə ruhu,
Aynur ancaq sözlərində yaşayır.

Sən yaşımı neynirsən ki

Bir 1 nəfər, ayaqda, gecə, abidə və su kütləsi şəkili ola bilər
(Ad günümə hədiyyəm)
Başımda eşq havası var,
Sən yaşımı neynirsən ki.
Baxmayır ha sevgi yaşa,
Sən yaşımı neynirsən ki.
*
Əbəs yerə içmə andı,
Sevgi şöhrət, sevgi şandı.
Hələ ruhum çox cavandı,
Sən yaşımı neynirsən ki.
*
Eşq nə şeydi anmağım var,
Eşq yolunda donmağm var,
Eşq oduna yanmağım var,
Sən yaşımı neynirsən ki.
*
Gəlib tufan, lap gəlsə çən,
Lap saçıma düşsə də dən.
Sevilirəm, sevirəm mən,
Sən yaşımı neynirsən ki.
*
Eşqin hökmün qanacaqsan,
Alov, atəş sanacaqsan.
Məni sevsən yanacaqsan,
Sən yaşımı neynirsən ki.
*
Olma naşı, olma veyil,
Eşqə sığın, eşqə əyil.
Canım, sevgi yaşla deyil,
Sən yaşımı neynirsən ki.
*
Mən Aynuram, bir bax mənə,
Söyləmişəm dönə-dönə.
Gəl, eşq dərsi keçim sənə,
Sən yaşımı neynirsən ki.
Share: