Xarkovda metronun işi bərpa olundu

Xarkovda metro qatarlarının hərəkəti bərpa edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarkov Metropoliteninin mətbuat xidməti Teleqramda məlumat yayıb.

“Saat 16.55-də Xarkov metrosunun xətləri üzrə hərəkət bərpa edilib”, – məlumatda deyilir.

Sentyabrın 12-də Xarkov şəhərinin meri İqor Terexov şəhərin elektrik və su təchizatının kəsildiyini elan edib. Eyni zamanda, Xarkovda texniki səbəblərə görə metro xətlərində hərəkət dayandırılmışdı.


Share: