Ağalı sakini: “Öz dədə-baba torpaqlarımıza gəlmişik”

“Kəndə köçürüləndən sonra işlə təmin olunmağıma da çox sevinirəm”.

Bunu “Report”a “Ağıllı kənd” layihəsi çərçivəsində Zəngilanın Ağalı kəndinə köçürülən Minə Mirzəyeva bildirib.

O, 30 illik həsrət başa çatdığı üçün, çox xoşbəxt olduğunu deyir:

“Günü-gündən kəndimiz böyüyür, əhali çoxalır, iş yerləri də artır. Bu günü biz 30 ildir həsrətlə gözləmişik. İki aydan çoxdur ki, burada yaşayırıq. Biz bura ilk köçənlərdənik. Burada, bu tikiş sexində işlə təmin olunmuşuq. Öz kəndimizdə yaşamaq bizə çox xoşdur. Burada gəlib işləmək lap xoşdur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Çox sağ olsunlar ki, bizə belə bir şərati yaradıblar, biz burada həm yaşayırıq, həm evlə təmin olunmuşuq, həm də işlə təmin olunmuşuq. Öz dədə-baba torpaqlarımızda yaşamaq çox xoşdur”.

Share: