Xalq artisti vəfat etdi

SSRİ xalq artisti, Rusiyanın teatr və kino aktrisası İnna Çurikova vəfat edib.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Moskva Dövlət “Lenkom Mark Zaxarova” Teatrının direktoru Mark Varşaver məlumat verib. O, bildirib ki, 79 yaşlı aktrisa xəstəxanada dünyasını dəyişib.

Aktrisa ilə vida mərasimi yanvarın 17-də “Lenkom” teatrında baş tutacaq.

Çox sayda teatr, kino və seriallarda çəkilən aktrisanın yaddaqalan rollarından biri də Aleksandr Rounun “Morozko” filmindəki obrazı olub.

Share: