Xaçmazda 22 yaşlı qadın dəm qazından ölüb

Xaçmazın Qımıl kəndində 22 yaşlı qadın dəm qazından ölüb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, 2000-ci il təvəllüdlü Ramilə Ramin qızı Tahirova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Ailə üzvlərinin bildirdiyinə görə, R.Tahirovaya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Share: