Putin Si Cinpini Moskvaya dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə danışıqlar zamanı iki ölkə arasındakı münasibətlərin əməkdaşlıq nümunəsi olduğunu bildirib. Bundan əlavə, Putin Çin sədrini 2023-cü ildə Moskvaya dəvət edib.

“Münasibətlərimiz ləyaqətlə bütün sınaqlara sinə gərir, yetkinlik və sabitlik nümayiş etdirir və dinamik şəkildə genişlənməkdə davam edir”, – Rusiya prezidenti bildirib.

O, həmçinin vurğulayıb ki, gələn ilin yazında Çin Xalq Respublikası sədrini Moskvaya rəsmi səfərə gözləyir.

“Bu, bütün dünyaya əsas məsələlər üzrə Rusiya-Çin əlaqələrinin gücünü nümayiş etdirəcək və ikitərəfli münasibətlərdə ilin əsas siyasi hadisəsinə çevriləcək”, – V.Putin qeyd edib.

Mənbə: Komsomolskaya Pravda

Share: