Xaçatryanın məhkəməsi keçirilir — Yenilənir

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər dindirilir.

Artıq iş üzrə zərərçəkmiş qismində tanınmış şəxslərin dindirilməsi yekunlaşmaq üzrədir.

Bu gün son 8 nəfər ifadə verəcək.

Qeyd edək ki, Vaqif Xaçatryana qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı – hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə – əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Sail Ağasəlim


Share: