Xəstəliyimin müalicəsi yoxdur – Cavanşir Quliyev səhhətindən danışdı

Mediada Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhətinin yenidən pisləşməsi ilə bağlı xəbərlər tirajlanıb.

Kulis.az məsələ ilə bağlı bəstəkarla əlaqə saxlayıb.

Sənətçi bildirib ki, hələlik ayaqüstədir: “Xəstəliyim olduğu kimi qalıb. Sağalan xəstəlik deyil. Sadəcə onu yuxulatmışıq. Ara-sıra oyanmaq istəyir, dərmanla qarşısını alırıq. Vəziyyət belədir.

Hazırda işləyirəm. Yeni proyektlərim olacaq. Baş tutduqdan sonra bu haqda danışacam”

Share: