“Apple” M2 PRO və M2 MAX çipləri ilə təchiz edilmiş güclü “MacBook”un təqdimatını keçirib

Şirkət yanvarın 17-də 14 16 düymlük “MacBook Provə “Mac minimodellərinin təqdimatını keçirib. Zahirən noutbuklar əvvəlki nəsil noutbuklardan bir o qədər də fərqlənmir: əsas fərq cihazların daxilindədir. Noutbuklar M2 PRO və M2 MAX kimi yeni nəsil çiplərlə təchiz edilib ki, bu da “Intel” əsasında qurulan “MacBook Pro” ilə müqayisədə 6 dəfə daha çox effektivlik deməkdir. Yeni məhsulları yanvarın 27-dən etibarən “Apple” şirkətinin rəsmi resellerlərində erkən sifariş edə bilərsiniz.

“MacBook Pro” əvvəlki kimi dəbli görünüşə malikdir: monolit alümin korpus, ekranın ətrafında zərif çərçivə və 1080p-lik genişlənməyə malik HD-ekran üçün çıxıntı.   

14 və 16 düymlük ölçülərə malik noutbuklar etalon hesab olunan “Liquid Retina XDR” displeyi ilə təchiz edilib. Geniş rəng qammasına malik displey 1 milyard rəngi dəstəkləyir ki, bu da yüngül qradiyenti, yüksək səviyyəli detalizasiyanı və maksimum dəqiq çalarları təmin edir. Noutbuklar 3 “Thunderbolt 4” portu, həmçinin SDXC kartlar və “MagSafe 3” şarj cihazı üçün slotlarla təchiz edilib. Əvvəlki nəsil məhsullarda olduğu kimi yeni modellərin də 6 dinamiki və studiya keyfiyyətli mikrofonları var.

Peşəkar seriyanın əsas yenilikləri

Yeni nəsil “MacBook Pro” effektivlik, avtonom iş vaxtı və ümumi məhsuldarlıq baxımından istifadəçilərə daha böyük yeniliklər təqdim edir. Texniki xüsusiyyətlər problemsiz şəkildə proqramlaşdırma aparmağa, render etməyə və musiqi yaratmağa, videoları montaj etməyə və ya fotoşəkillərlə işləməyə imkan verir.

“MacBook Pro”nun yenilikləri sırasında 12 nüvəli “Core i9” qrafik prosessorunu və 19 nüvəli qrafik prosessoru xüsusilə qeyd etmək lazımdır. Bu isə həm ən mürəkkəb iş proseslərini sürətləndirməyə, həm də qrafik redaktorlar və videoredaktorlarla işləyərkən, həmçinin, əlbəttə ki, oyunlar oynayarkən effektivliyi artırmağa imkan verir.

Noutbukun maksimum dəstinə 400 GB/s-dək sürətə malik 96 GB-dək operativ yaddaş və 8 TB daimi yaddaş daxildir. Bu isə bir neçə ağır proqramı eyni zamanda işə salmağa imkan verir. Həmçinin seriyanın bütün noutbukları 60 Hz-da 8K monitorlarla işləməni dəstəkləyir.

Noutbuklar nəinki daha sürətli olub, həm də onların şarj sərfiyyatı azalıb. Artıq “MacBook Pro” bir dəfə şarj olunmaqla 22 saatadək avtonom iş imkanını təmin edir, bu isə sözügedən noutbukları ofisdən və ya evdən kənarda işləmək üçün kifayət qədər mobil və rahat alətə çevirir. Bu, səmərəlilik baxımından əla göstərici hesab olunur.

Daha bir ciddi yenilik əvvəlki nəsillə müqayisədə iki dəfə daha sürətli Wi-Fi 6E dəstəyidir. Model 6 Hz tezliyində naqilsiz şəbəkəyə qoşulmağa imkan verir.  

“Mac mini” haqqında

Yeni çiplərlə “Mac mini” daha güclü olub, onun səmərəliliyi isə peşəkar səviyyəyədək yüksəldilib. Kompakt dizayna malik olmasına baxmayaraq, cihaz çox sürətlidir və yüksək səviyyəli enerji effektivliyi ilə təmin edilib. Yeni məhsul 8 və ya 16 GB-lıq operativ yaddaşa, həmçinin 256 və ya 512 GB-lıq daimi yaddaşa malikdir. Cihaz həmçinin 2 USB-A portu, HDMI, “Gigabit Ethernet” və qulaqlıqlar üçün 3.5 mm-lik modernləşdirilmiş porta malikdir. Bundan başqa, noutbuk Wi-Fi və “Bluetooth” standartlarını da dəstəkləyir.

Satış

Yenilənmiş “MacBook Pro” noutbuklarını yanvarın 27-dən etibarən “Apple” şirkətinin rəsmi resellerlərində erkən sifariş edə bilərsiniz: iSpace, Kontakt Home, Baku Electronics, Irshad, MyShops, Maxi.az .

“MacBook Pro” modellərinin erkən sifarişi zamanı xüsusi təklifdən yararlanmaq imkanı qazanacaqsınız: məhsulları “Birbank” kartları ilə ayda cəmi 202 AZN ödəməklə 24 aylıq taksitlə əldə edə bilərsiniz. 


Share: