“Welt”: “Yaşlı almanların təxminən 18%-i yoxsulluğun astanasındadır”

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

2018-2021-ci illər arasında 65 yaşdan yuxarı yaşlı almanlar arasında yoxsulluq riski 14,7%-dən 17,4%-ə yüksəlib.

Bu barədə “Die Welt” məlumat yayıb.

“Aparılan təhlillərin nəticələrinə görə, 2018-2021-ci illər ərzində 65 yaşdan yuxarı insanlar arasında yoxsulluq riski 14,7%-dən 17,4%-ə yüksəlib. Beləliklə, Almaniyanın 65 yaşdan yuxarı demək olar ki, hər altıncı sakininin gəliri əhalinin orta gəlirinin 60%-dən azdır”, – deyə nəşr bildirib.

Məlumata görə, qadınlar bir neçə il əvvələ nisbətən yoxsulluq riskinə daha çox məruz qalıblar. Əgər 2018-ci ildə qadınlar arasında bu göstərici 16,4% səviyyəsində idisə, 2021-ci ildə 19,3%-ə yüksəlib. Kişilərdə analoji rəqəm 12,7%-dən 15,1%-dək artıb.

Mənbə: gazeta.ru

Share: