Azərbaycan musiqiçiləri Konya festivalında — Fotolar

Sentyabrın 22-dən etibarən Konyada 19-cu Beynəlxalq Mistik Musiqi Festivalı start götürüb. 

“Qafqazinfo” xəbər verir ki, festivalda dünyanın müxtəlif ölkələrindən musiqi kollektivləri, o cümlədən Azərbaycandan Xalq artisiti Teyyub Aslanovun rəhbərlik etdiyi “Xarıbülbül” ansabılı iştirak edir. 

Mistik Musiqi Festivalı çərşivəsində sentyabrın 24-də Azərbaycan musiqiçilərinin Konya Səlcuk Konqre Mərkəzində konserti baş tutub. Konsertdə festival iştirakçıları ilə yanaşı, yerli əhali, 10-dan artıq xarici ölkənin diplomatik korpusunun nümayənədləri iştirak edib. Azərbaycan muqisiçilərinin konserti tamaşaçılar tərəfindən böyük rəğbətlə və maraqla qarşılanıb.

Gülnar Əliyeva


Share: